Faiq Qarayevdən Mübariz Mənsimova dəstək:

Faiq Qarayevdən Mübariz Mənsimova dəstək: "O, ölkəsini sevən insandır"

Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev martın 15-də Türkiyədə saxlanılan və barəsində həbs qərarı verilən azərbaycanlı iş adamı Mübariz Mənsimov barədə danışıb.
 
Sport7.az xəbər verir ki, təcrübəli mütəxəssis bildirib ki, uşaqlığından tanıdığı Mübariz haqqında saatlarla danışa bilər: "Buna baxmayaraq, fikrimi qısa şəkildə çatdıracam. Onunla bağlı çox gözəl xatirələrim var. Mübariz orta məktəbdə qardaşım Fazillə bir sinifdə oxuyub, elə o illərdən bizim ailəmiz onu çox yaxşı tanıyır. O, mərd, ölkəsini sevən insandır. Fəxrlə deyə bilərəm ki, Mübarizin Azərbaycana olan sevgisi idmanımızdan da yan keçməyib. O, voleybolçularımıza da hər zaman lazımı dəstəyi göstərib. Qonşu ölkədə çalışan iş adamı barədə çıxarılan qərardan təəssüf hissi keçiririk”.

Faiq Qarayev özü, qardaşı, ailəsi və voleybol camiəsinin həmişə ona dəstək olduğunu və bundan sonra olacağını da sözlərinə əlavə edib: "Arzulayırıq ki, hər şey uğurla yekunlaşsın".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR