Falkaonun əvəzinə Kavani

Falkaonun əvəzinə Kavani

"Mançester Yunayted" Radamel Falkao ilə müqavilə imzalamaq fikrində deyil. Sport7.az xəbər verir ki, bu haqda "Daily Express" məlumat yayıb.


Kolumbiyalı futbolçu yayda icarə əsasında "mankunyanlar"a transfer olunmuşdu. Əgər MY onun performansından razı qalarsa, mövsümün sonunda rəsmi müqavilə imzalana bilər. Bunun üçün ingilis klubu 43,5 milyon funt sterlinqindən keçməlidi. Lakin zədə problemi Falkaoya mane olur. O, "Mançester Yunayted"in əsas heyətində hələ də möhkəmlənə bilməyib.


Belə olan halda, "qırmızı şeytanlar" Falkaonun boşluğunu PSJ-nin forvardı Edinson Kavani ilə doldurmaq fikrinə düşüb. Paris klubu isə uruqvaylını yüksək məbləğə satmaqla yanaşı, Kavaninin qarşılığına Falkaonu da transfer etmək istəyir. Mümkün keçid 50 milyon funt sterlinq dəyərində qiymətləndirilir.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR