Fanat.az üçün əlamətdar gün – 10 illik tarix

Fanat.az üçün əlamətdar gün – 10 illik tarix
Bu gün Fanat.Az-ın yaranmasının 10 ili tamam olur. 2008-ci ilin 5 oktyabrında müstəqil fanat.az domenində fəaliyyətə başlayan sayt Azərbaycanın ilk milli xəbər portalıdı.
 
Sport7.az xəbər verir ki, bu zamana qədər ölkəmizdə rus dilində, həmçinin agentliklərin əlavəsi olaraq Azərbaycan dilində xəbər saytları fəaliyyət göstərsə də, Fanat.Az ilk dəfə müstəqil şəkildə və doğma dildə fəaliyyət göstərən idman saytı olaraq tarixə düşüb.
 
Bundan sonra yeni saytlar fəaliyyətə başlayıb və Azərbaycan idman mediası inkişaf dövrünə qədəm qoyub.
 
İlk gündən oxucuların sevimlisi olan Fanat.Az qısa müddətdə idman mediasının öncüllərindən birinə çevirilib. Azərbaycanla yanaşı, ölkə xaricində yaşayan minlərlə soydaşımız hər gün idman xəbərlərini məhz Fanat.Az səhifələrindən oxuyur.
 
Zaman-zaman maliyyə böhranı ilə üzləşsə də, çətinliklərə sinə gərərək fəaliyyətini davam etdirən sayt bu gün 10 yaşını qeyd edir. 
 
Sport7.az saytının kollektivi Fanat.az-ı 10 yaşı münasibəti ilə təbrik edir və daha böyük uğurlar arzulayır!
 

Xəbər lenti