Fanatlar klubun ofisini ələ keçirdilər

Fanatlar klubun ofisini ələ keçirdilər
"Bucaspor” klubunun azarkeşləri klub binasını ələ keçirim, idarəetməyə nəzarət edəcəklərini açıqlayıblar.

Sport7.azxəbər verir ki, 3-cü liqada çıxış edən "Bucaspor”un prezident seçkiləri zamanı azarkeşlər konfrans keçirilən zala buraxılmayıb. Bu isə onları qəzəbləndirib.
 

Fanatlar qapı və pəncərələri qıraraq, klub prezidenti Mehmet Aydının kreslosuna əyləşiblər. Bundan sonra həmin şəxslər sosial şəbəkə vasitəsiylə prezidentin otağından canlı yayım ediblər.

Onlar ofisi əllərində saxlayacaqlarını, bununla yanaşı fanatları seçkiyə buraxmayan rəhbərliyin klubdan uzaqlaşdırılması üçün məhkəməyə müraciət edəcəklərini bildiriblər.

Sport7.az
 

Xəbər lenti