Farer adalarından "əzələ nümayişi"

Farer adalarından
Dünən Avropanın yaşıl meydanlarından milli komandalar yoxlama oyunlarına çıxıblar.

Sport7.az xəbər verir ki, Millətlər Liqasında rəqiblərimiz olan Malta və Farer adaları komandaları da yoxlama oyunları keçiriblər.

Malta doğma meydanda Lüksemburqu qəbul ediblər. Qonaqlar meydan sahiblərini 90-cı dəqiqədə vurduqları qolla üzüblər və Malta 0:1 hesabı ilə məğlub olub.
Farer adaları isə son illər yüksəlişdə olduğunu bir daha nümayiş etdirməyi bacarıb. "Cırtdanlar” 69-cu dəqiqəyə qədər hesabda öndə olub. Latviyalılar məhz həmin dəqiqədə vurduqları qolla evə bərabərliklə dönüblər.

Qeyd edək ki, Latviya millisi iyunun 3-də millimizlə qarşılaşacaq.

Sport7.az
 

Xəbər lenti