Farer adalarının baş məşqçisi: “Azərbaycanla oyunda qələbə qazanacağıq"

Farer adalarının baş məşqçisi: “Azərbaycanla oyunda qələbə qazanacağıq
"Azərbaycana qarşı əvvəlki matçlarda oynadığımız kimi oynayacağıq".
 
Sport7.az xəbər verir ki, bu sözləri Farer adaları millisinin baş məşqçisi Lars Olsen UEFA Millətlər Liqasında Azərbaycanla matç öncəsi deyib. 
 
57 yaşlı mütəxəssis qələbə gözlədiyini bildirib: "Ev qarşılaşmalarımızda daha yaxşı oynayırıq. Bunu Maltaya 3:1 hesabı ilə qalib gəldiyimiz görüşdə göstərdik.  Futbolçuların çoxunun həm fiziki, həm də psixoloji cəhətdən bu oyuna hazır olmalarına sevindim. İnanıram ki, rəqibin yaxşı səviyyəsinə baxmayaraq, qələbə qazanacağıq".

Qeyd edək ki, Torshavn şəhərindəki Torsvollur stadionunda keçiriləcək Farer adaları - Azərbaycan oyunu sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
 
Sport7.az

Xəbər lenti