"Qəbələ"nin prezidenti: "AFFA 350 min manat versin, oynayaq"

"Qəpiyinə qədər hesablamışıq. AFFA gətirib 350 min manat versin, komandamız 1-ci Divizionda iştirak eləsin".

Sport7.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin prezidenti Fariz Nəcəfov deyib. Klub rəhbəri divizionda iştirak üçün ödənilən 50 min manatın çox az olduğunu bildirib: "Rəsmi şəkildə, kağız üzərində ən minimum formada hesablamışıq. Biz bu mənada AFFA-dan güzəşt gözəyirdik ki, bölgə klubuyuq, bəlkə məbləği bir qədər artırdılar. Amma dəyişiklik olmadı. Ona görə 1-ci Divizionda iştirak etməmək qərarına gəldik. Cərimə barədə məlumatlıyıq, amma bizə bu haqda rəsmi bildiriş gəlməyib. Hər halda PFL-in bayrağı altında keçirilən premyer Liqada iştirak ediriksə, cərimiəyə də razı olmalıyıq".

Nəcəfov dünən klubdan ayrılan marketinq meneceri Səməd Nəsibov barədə də fikirlərini bölüşüb: "10 il birlikdə çalışdıq. Bu müddət ərzində xeyli işlər gördük, layihələrimiz oldu. Şəxsim və klub adından Səməd bəyə təşəkkürümüzü bildiririk. "Qəbələ"də bu ştat ləğv edilməyəcək. Kiminlə əməkdaşlıq edəcəyimizə yaxın zamanlarda qərar verəcəyik". (sportinfo.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR