Fatih Terim bu futbolçulara

Fatih Terim bu futbolçulara "Neftçi" ilə oyunda istirahət verəcək

Avroliqanın 2-ci təsnifat mərhələsində Bakıda "Neftçi"nin qonağı olacaq "Qalatasaray" bu matçda bəzi futbolçularına istirahət verəcək.
 
Sport7.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terim Super Liqanın I turunda "Qaziantep”lə (3:1) matçda iştirak edən "11-lik”də islahat aparacaq.

Buna səbəb həm yol yorğunlu, həm də həftəsonu 2-ci tur çərçivəsində "Başakşəhər”lə keçiriləcək görüşdü. Ağır qrafiki nəzərə alan Fatih Terim müdafiəçi Kristian Luyindama, yarımmüdafiəçi Arda Turan və hücumçu Radamel Falkaonu ilk dəqiqələrdən "Neftçi”yə qarşı oynatmamağı düşünr. Onların əvəzinə Rayan Donk, Rayan Babel və Mbaye Diane start heyətində mübarizə aparacaq.

Terimin heyətdə başqa dəyişikliklərə əl atması da istisna edilmir.

Sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi” – "Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR