Fatih Terim: “İsimlərlə cisimlər uyğun gəlmədi”

Fatih Terim: “İsimlərlə cisimlər uyğun gəlmədi”

"Qalatasaray” Çempionlar Liqasında uğursuzluqla üzləşib.

Sport7.az xəbər verir ki, "sarı-qırmızılar” Parisdə 0:5 hesablı ağır məğlubiyyətə uğrayıblar. Bununla da onların qrup sonuncusu olacağı rəsmiləşib.

PSJ ilə oyundan sonra "Qalatasaray”ın çalışdırıcısı Fatih Terim məsuliyyəti üzərinə götürüb:

"Burda bir xəta varsa, o da mənimdir. Etiraf edək ki, ağır bir vida oldu. "Real” və PSJ kimi komandalar bizdən çox üst səviyyədədilər. İnşallah, yanvar ayında ciddi dəyişikliklər olacaq. Ona qədərsə qarşımızda üç çempionat, bir də kubok oyunu var.

Mənim halımı yalnız "Qalatasaray”lılar yaxşı anlayarlar. Ümid edirəm ki, bu məğlubiyyətdən sonra Türkiyə Superliqasındakı işlərimiz qaydasında düşər.

Aylar əvvəl mənə "İsim oyunçular (adlı-sanlı futbolçular) aldınız” dedilər. Mən də cavabında "Ümid edirəm, cisimləri də isimləri kimi olar” dedim. Təəssüf ki, olmadı”.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR