Fatih Tərim onları komandadan göndərir

Fatih Tərim onları komandadan göndərir

"Qalatasaray"ın iki ulduz futbolçusu Yunes Belhanda və Radamel Falkao mövsümün sonunda komandanı tərk edəcək. 

Sport7.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Xəbərə görə, baş məşqçi Fatih Terimin hər iki futbolçunun göndərilməsini istəyir.

Belhandanın Səudiyyə Ərəbistanına, Falkaonun isə ABŞ-a yollanacağı bildirilir. Artıq hər iki futbolçuya transfer danışıqları aparmaq icazəsi verilib. 

"Qalatasaray" Belhandanın satışından 9-10 milyon avro qazanmağı planlaşdırır. Falkao üçün isə transfer haqqı tələb olunmayacaq və klub onun illik 7 milyon avro maaşından xilas olacaq.

Qeyd edək ki, Belhanda 2017-ci ildə Kiyev "Dinamo"sundan "Qalatasaray"a 10 milyon avroya transfer olunub. Mərakeşli futbolçu cari mövsümdə 31 oyuna çıxaraq 6 qol vurub və 3 məhsuldar ötürmə edib.

Falkao isə 2019-cu ilin sentyabrında transfer haqqı ödənmədən "Monako"dan "Qalatasaray"a keçib. Kolumbiyalı ulduz bu mövsüm 22 oyunda 11 qol vurub və 1 qol ötürməsi verib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR