Fatih Terim:

Fatih Terim: "Yığılıb qalan borcları ödəməliyik"

Türkiyə millisi mübarizə apardığı D qrupunun sonuncu matçında Çexiyanı 2:0 hesabı ilə məğlub edərək, 1/8 final şanslarını saxlayıb. Sport7.az xəbər verir ki, qarşılaşmadan sonra "ay-ulduzlular"ın baş məşqçisi Fatih Terim qələbəni şərh edib.

"Futbolçularımı təbrik edirəm. Gözəl oyun oldu. İnanıram ki, bu nəticənin bizə faydası olacaq. Hər kəsin darıxdığı futbolu sərgilədik. Önəmli olan isə bu turnirdə iştirak etməkdi. Təbii ki, uğur qazanmaq istəyirik. Amma bu, bəzən alınmır. Biz 2:0 hesablı qələbəyə köklənmişdik. 3-4 qol da vura bilərdik. Ancaq bu qədər işin öhdəsindən gəlmək asan deyil" deyə, təcrübüəli çalışdırıcı bildirib.

Təcrübəli baş məşqçi millinin gənc futbolçusu Əmrə Mor haqda da danışıb: "Əmrə bizləri həyəcanlandırdı. İspaniya ilə matçda onu oyuna daxil etsəydim, o həngamədə Əmrəni itirə bilərdik. Onu qazanmaq üçün yığmamız yaxşı iş görüb. Onun əvəzlənməsinə gəlincə, mənə yorulduğunu bildirdi. Buna görə də Əmrəni əvəzləməli oldum".

Fatih Terim 1/8 finala yüksəlmək şanslarından da söz açıb: "Əgər növbəti mərhələyə yüksəlsək, mübarizəyə yenidən başlayacağıq. Yığılıb qalan borclarımız var, onları ödəməliyik. "Avro-2016" ilə vidalaşsaq, üzülərəm".

Millinin çalışdırıcısı brifinq zamanı TRT-1 telekanalının əməkdaşının suallarını cavablandırmaqdan imtina edib. O, gələcəkdə də sözügedən telekanla açıqlama verməyəcəyini bildirib.
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR