Federasiya nümayəndələri uşaqlar arasında boccia yarışı keçirdi

Federasiya nümayəndələri uşaqlar arasında boccia yarışı keçirdi

Boccia İdman Federasiyasının nümayəndələri və məşqçi heyəti 2 saylı sağlamlıq imkanı məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub.

Sport7.az xəbər verir ki, Boccia İdman Federasiyasının baş katibi və baş məşqçisi İlham Məhərrəmov ilkin olaraq Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi və Uşaq Paralimpiyası haqqında məlumatlar çatdırıb. Sağlamlıq imkanları məhdud uşaqlara Boccia idman növü ilə bağlı məlumat verilib. Qeyd olunub ki, Federasiya Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın dəstəyi ilə yaradılıb. Qısa müddətdə böyük uğurlara imza atmaq mümkün olub. Hazırda Milli Paralimpiya Komitəsinin dəstəyi ilə Boccia idman növü ilə məşğul olan idmançılar müxtəlif beynəlxalq yarışldarda ölkəmizi təmsil edirlər.

Daha sonra müəssisədə qalan uşaqlar və yeniyətmələrlə birgə boccia yarışı keçirilib.

Bu tədbir boccia idman növünün təbliği və bu idmana yeni yeni uşaqların, yeniyetmələrin və gənclərin cəlb olunması məqsədi daşıyırdı.

Bu cür təlimlər, tanışlıqlar hər ayın müxtəlif müəssisələrdə mütəmadi olaraq təşkil olunacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR