Federasiya prezidenti futboldan kənarlaşdırıldı - təcavüzə görə

Federasiya prezidenti futboldan kənarlaşdırıldı - təcavüzə görə

Haiti Futbol Federasiyasının prezidenti Yves Jan-Bart komandanın məşq bazasında gənc qadın futbolçulara təcavüz ittihamı ilə futboldan 90 günlük diskvalifikasiya olunub.
 
Sport7.az xəbər verir ki, Jan-Bartın FİFA Etik Qaydalarının 84 və 85-ci maddələrinə uyğun olaraq beynəlxalq yarışlardan 90 günlük kənarlaşdırıldığı açıqlanıb. Bu qərar federasiya prezidenti ilə bağlı Haitidə istintaq aparılması ilə izah olunub.
 
20 ildi Haiti Futbol Federasiyasının başqanı olan Jan-Bart, ittihamları ötən ay rədd etmişdi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR