Sabiq federasiya prezidentinə 4 illik həbs cəzası

Sabiq federasiya prezidentinə 4 illik həbs cəzası

Fransa məhkəməsi Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (IAAF, hazırkı Dünya Atletikası) sabiq prezidenti Lamin Diakla bağlı qərar çıxarıb.

Sport7.az xəbər verir ki, xəbər verir ki, seneqallı funksioner 4 il müddətinə azadlıqdan məhrum edilib. Cəza müddətinin yarısı şərti xarakterlidir. 

Korrupsiyada ittiham olunan 87 yaşlı Diak həmçinin 500 000 avro məbləğində cərimələnib.

1999 - 2015-ci illərdə IAAF-a rəhbərlik etmiş afrikalı funksioner 2015-ci ilin noyabrından həbsdədir. O, "aktiv və passiv korrupsiya", "etimadın pozulması" və "cinayətkar qrupun bir hissəsi olaraq çirkli pulların yuyulması" maddələri ilə ittiham olunurdu. Fransa prokurorluğu Diakın aldığı rüşvətin ümumi məbləğinin 3,45 milyon avro olduğunu iddia edir. Təqsirləndirilənlər arasında onun oğlu Papa Massata Diak da var. Funksioner həmçinin 2019-cu ildə Qətərdə təşkil edilmiş Dünya Kuboku üçün təklif kampaniyası zamanı korrupsiyada günahlandırılır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR