Federasiya prezidentinin şikayəti təmin olunmadı - Ömürlük cəzalandı

Federasiya prezidentinin şikayəti təmin olunmadı - Ömürlük cəzalandı

İdman Arbitraj Məhkəməsi (CAS) Əfqanıstan Futbol Federasiyasının sabiq prezidenti Kəraməddin Kərimin apellyasiya şikayətinə baxıb.

Sport7.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 
 
CAS qadınlardan ibarət yerli yığmanın üzvlərinə fiziki və cinsi təcavüzdə ittiham olunan və bu səbəbdən futboldan ömürlük kənarlaşdırılan funksionerin şikayətini təmin etməyib.

K.Kərimlə bağlı qərar qüvvədə saxlanılıb. FIFA buna görə CAS-a təşəkkür edib.

Qeyd edək ki, Kəraməddin Kərim 2019-cu ilin dekabrında ali futbol qurumunun qərarı ilə cəzalandırılmışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR