Federasiya rəhbərliyi Sumqayıtda görüş keçirdi

Federasiya rəhbərliyi Sumqayıtda görüş keçirdi

Azərbaycan Milli Karate Federasiyasının baş ofisində Sumqayıt nümayəndəliyinin bir neçə üzvü ilə görüş keçirilib.

Sport7.az xəbər verir ki, Federasiyanın prezidenti Yaşar Bəşirov qlobal pandemiya səbəbindən ötən ilin 9 ayı və hazırda davam edən vəziyyətdən danışaraq, Covid19 virusunun yayılmasının hər sahədə olduğu kimi karatenin inkişafında da mənfi təsirlərini qeyd edib. O, ölkədaxili və xaricdə bir çox yarışların təxirə salınmasının, idmançıların qarşıdakı nəticələrinə təsirsiz ötüşməyəcəyini təəssüflə nəzərə çatdırıb. 

Federasiyanın Sumqayıt şəhərü üzrə rəsmi nümayəndəsi Akif Kərimov regionda fəaliyyət göstərən klublar və nəzərdə tutulan işlərlə bağlı məlumat verib. O, regionda mütəmadi olaraq olimpiya karatesinin təbliği işlərinin aparılmasından, eləcə də nümayəndəliyə tabe olan klubların uğurları və müəyyən çətinliklərindən danışıb. 

Görüşdə bu və digər problemlərin həlli yolları və gələcək planlar müzakirə edilib. Müxtəlif klubların rəhbərləri və təşkilat nümayəndələri, o cümlədən əməkdar məşqçilər Rafael Məmmədov, Rövşən Allahverdiyev və digərləri karatenin inkişafına dəstək üçün faydalı təkliflərdən danışıblar.

Yığıncaqda həmçinin bildirilib ki, məlum durğunluqdan sonra tələbələri yüksək nəticələr göstərən məşqçilər üçün həvəsləndirici tədbirlərə yenidən baxıla bilər. Tədbirdə Sumqayıt regionunda karatenin daha da populyarlaşması və inkişafı üçün nümayəndəliyin qarşısında əlavə vəzifələr qoyulub. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR