Federasiya rus qadınları "ovlamaq" haqda kitabça hazırladı, aləm qarışdı

Federasiya rus qadınları
Rusiyada keçiriləcək DÇ-2018-ə az bir müddət qalmış Argentina Futbol Federasiyasının hazırladığı əl kitabçası müzakirələrə səbəb olub. 

Sport7.az xəbər verir ki, bu kitabçada DÇ-yə gedən argentinalıların rus qızlarla hansı şəkildə münasibət qurmalı olduğundan bəhs edir. 

Kitabçada "Bir rus qadınla birlikdə olma fürsəti yaxalamaq üçün nə etməli?" başlığı altında argentinalı kişilərə tövsiyələr yazılıb.

Rusiyada keçiriləcək yarışla əlaqədar kitabça haqda məlumat yayan argentinalı jurnalist Roberto Martinez "Argentina Futbol Federasiyası bir rus qadını necə "ovlayacağımızı" öyrədir" deyərək olayı ictimaiyyətə çatdırıb. Bundan sonra "tvitter" sosial şəbəkəsində federasiyaya tənqidlər "yağmağa" başlayıb. Federasiya rəsmilərini "köhnə qafalı" və "maço" adlandıran istifadəçilər kitabçada yazılanları sosial şəbəkələrdə paylaşıb.

Argentina xalqı kitabçanın dərhal toplanmasını istəyib. Orda yer alan rus qadınlarla bağlı bəzi bilgilər isə aşağıdakı kimidi:

- "Rus qızları sıxıcı kişilərdən nifrət edir. Danışmağa bir şey tapmırsızsa, ölkənizdən, ənənələrinizdən, günlük həyatdan bəhs edin"

- "Rus qadınların diqqətini çəkmək üçün sahib olduqlarından və pulundan danışmalısan"

- "Rus qızları da digərləri kimi təmizliyə, geyimə və qoxuya diqqət edir. Onlar üçün ilk görüş çox önəmlidi"

- "Onlara yatılacaq qadın kimi davranılmasından xoşları gəlmir. Özəl və önəmli olduqlarını hiss etdirilməsini istərlər"

- "Onların dəyərlərinə və istəklərinə sayğı göstərin. Seks haqqında axmaq suallar verməyin. Ruslar üçün seks özəldi və ictimai yerdə müzakirə olunmur" 

- "Rus qadınlar, neqativ olan, sadəcə mənfi yönləri görən kişilərdən uzaq dururlar"

- "Klassik suallar soruşmayın, müasir olun. Sizi daha yaxşı tanımaq istəyəcəklər, onların suallarını cavabsız qoymayın"

- "Yeni bir sima olduğunuz üçün rus həmcinslərinizə qarşı avantajınız olacaq. Özünüzə güvənin"

Sərt reaksiyalardan sonra AFA araşdırmalara başlayıb və sözügedən bölümün çap xətasından qaynaqlandığıl qeyd olunub. Bu baxışların AFA və başda prezident klaudio Tapia olmaqla heç bir qurum rəsmisinin fikirlərini əks etdirmədiyi bildirilib. Bundan əlavə Federasiya rus qadınlardan üzr də istəyib.

Sport7.az

Xəbər lenti