Federasiyada yeni təyinat? - RƏSMİ AÇIQLAMA

Federasiyada yeni təyinat? - RƏSMİ AÇIQLAMA
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) baş katibi vəzifəsinə yeni təyinat olub.

Sport7.az xəbər verir ki, bu barədə AMKF-in prezidenti Yaşar Bəşirovun "Report"a məlumat verib. 
 
Məsul post "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidova həvalə olunub.

M.Seyidovun gəlişinədək baş katib vəzifəsində çalışmış Mir-Cabbar Seyidov isə bundan sonra məsul katib vəzifəsində çalışacaq. Yeni və əvvəlki baş katiblərin soyadları eyni olsa da, onların qohumluq əlaqələri yoxdur.

Məsələ ilə bağlı federasiyanın mətbuat xidmətinin rəhbəri Sənan Məhərrəmov Unikal.org-a açıqlamasında heç bir rəsmi təyinatın baş tutmadığını deyib: "Rəsmi məlumat olarsa saytımızda yerləşdiriləcək. Hələlik nə təyinat var nə təsdiq"

Qeyd edək ki, Mirhəsən Seyidov 15 iyul 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. O, 2014-cü il iyunun 27-də "İrəli” İctimai Birliyinin sədri, 2015-ci il mayın 29-da isə İctimai Televiziya və Radio Yayımları Şirkətinin 6 il müddətinə Yayım Şurasının üzvü seçilib.
 
Sport7.az

Xəbər lenti