Federer Cokoviçə qalib gəldi və yarımfinala yüksəldi

Federer Cokoviçə qalib gəldi və yarımfinala yüksəldi

ATP final turniri davam edir.
 
Byorn Borq qrupunda mübarizəyə yekun vurulub. Üçüncü turda Rocer Federer və Novak Cokoviç üz-üzə gəlib. 1 saat 14 dəqiqə davam edən görüş isveçrəli tennisçinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, Federer qrup ikincisi kimi yarımfinala vəsiqə qazanıb. Cokoviç isə mübarizəni dayandırıb.

Digər oyunda qrup liderliyini təmin edən Dominik Tim Matteo Berrettini ilə qarşılaşıb. İtaliyalı raketka ustası rəqibinə set verməyib.


Nitto ATP final turniri

London, Böyük Britaniya

Qrup mərhələsi

Üçüncü tur

Byorn Borq qrupu

Matteo Berrettini (İtaliya) - Dominik Tim (Avstriya) - 2:0 (7:6, 6:3)

Rocer Federer (İsveçrə) - Novak Cokoviç (Serbiya) - 2:0 (6:4, 6:3)

Turnir cədvəli: 1. Tim (2-1), 2. Federer (2-1), 3. Cokoviç (1-2), 4. Berrettini (1-2).

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR