Federer Edberqi Lübiçiçə dəyişdi

Federer Edberqi Lübiçiçə dəyişdi

Sport7.az xəbər verir ki, isveçrəli dünya üçüncüsü Federer bu barədə rəsmi veb səhifəsində yazıb.

"İki il uğurlu əməkdaşlığın yekununda Stefan Edberqə, mənim uşaqlıq kumirimə təşəkkür bildirmək istəyirəm, sağ olsun ki, mənim komandam ilə işləməyə razılıq vermişdir. Bu mənim arzum idi.

Baxmayaraq ki, razılıq yalnız 2014-cü il üçün əldə edilmişdi, Stefan cari ildə də mənimlə işləməyə ”hə” dedi. Mən bunu çox yüksək qiymətləndirirəm.

Stefan mənə çox şey öyrətdi və oyunuma yaxşı yeniliklər qatdı. 2008-ci ildən işlədiyim Severin Lüti mənim əsas məşqçim kimi qalacaq, lakin indi ona kömək edən İvan Lübiçiç olacaq.

Fizioterapevt Daniel Trokler və fitnes məşqçim Pyer Paqanini həmçinin komandamda qalanlardır”.

Qeyd edək ki, Stefan Edberq ilə əməkdaşlıq müddətində Rocer 11 titul qazanıb. Yeni məşqçisi olacaq İvan Lübiçiç isə son vaxtlar Miloş Raoniç (Kanada) ilə birgə çalışırdı.

Heydər Rzayev

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR