Federer:

Federer: "Endi Marreyin uğuruna çox sevinirəm"

 
Rocer Federer Endi Marreyin uğurlu geridönüşü haqda danışıb:

"Endi möhtəşəmdi. Finalda Sten Vavrinka ilə qarşılaşırdı. Bu səbəbdən müəyyən tərəddüdlərim var idi. Amma bu, onun qayıdışına mane olmadı.

Demək olar ki, köhnə səviyyəsinə qayıdıb. Onu yenidən sağlam görmək əladı. Ötən il xatirimdədi. "Australian Open"ın paltardəyişmə otağında hamımız çaşqın halda idik. Marreyə görə çox sevinirəm".

Qeyd edək ki, Endi Marrey Antverpendə keçirilən, "ATP 250" seriyalı turnirin qalibi olub. Bu, britaniyalı tennisçinin əməliyyatdan sonra ilk uğurudu.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR