Federer

Federer "İtaliya Open"də çıxışını dayandırdı

Dünya üç nömrəsi Rocer Federer 1/4 final ərəfəsində "Masters" seriyalı "İtaliya Open" turnirində çıxışını davam etdirə bilməyəcəyini açıqlayıb.

İsveçrəli raketka ustası qərarını sağ ayağındakı zədə ilə əlaqələndirib. Dünən Borna Çoriçlə oynanılan görüşdə Federer həkimlərin köməyindən istifadə etmişdi. 37 yaşlı tennisçi bu barədə danışarkən sağ ayaq barmağındakı ağrıların bir neçə oyundu onu narahat etdiyini bildirmişdi.

Federerin çıxışını dayandırmasının ardından Stefanos Çiçipas ardıcıl ikinci "Masters" seriyalı turnirdə yarımfinala vəsiqəni təmin edib. Ötən həftə o, "Madrid Open"də finala qədər irəliləmiş, həlledici görüşdə isə Novak Cokoviçə məğlub olmuşdu.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR