Federer kortlara Sinsinnatidə qayıdacaq

Federer kortlara Sinsinnatidə qayıdacaq

"Vimbldon"un finalçısı Rocer Federer növbəti aylarda kortlardan uzaq qalacağını açıqlayıb.

"Komandamla birlikdə hələ ötən həftə qərar qəbul etmişdik. Daha çox istirahət etmək üçün Monrealdakı turnirdə iştirak etməyəcəm. Daha çox turnirə qatılmaq istəyərdim, ancaq əlimdən bir şey gəlmir. Sinsinnatidəki turnirdə iştirak etməyi planlaşdırıram. Planımıza uyğun hərəkət edəcəyik", - deyə isveçrəli raketka ustası bildirib.

Federer ötən il də amerikan hard örtüyündə keçirilən sadəcə iki turnirə qatılmışdı: Sinsinnatidəki "Masters" və "US Open".

Qeyd edək ki, "Western Southern Open" avqustun 12-də start götürəcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR