"US Open"də kişilərin mübarizəsində 1/4 final mərhələsinə start verilib.
ATP-nin reytinq cədvəlində beşinci olan Daniil Medvedyev Sten Vavrinkaya qalib gəlib. Rocer Federer 1/4 finalda mübarizəni dayandırıb. İsveçrəli raketka ustası Qriqor Dimitrovla 3 saat 10 dəqiqəlik mübarizədən məğlub ayrılıb.
US Open (Böyük dəbilqə)
Nyu-York, ABŞ
1/4 final
Daniil Medvedyev (Rusiya) - Sten Vavrinka (İsveçrə) - 3:1 (7:6, 6:3, 3:6, 6:1)
Qriqor Dimitrov (Bolqarıstan) - Rocer Federer (İsveçrə) - 3:2 (3:6, 6:4, 3:6, 6:4, 6:2)
Sport7.az