"US Open"də 37 yaş və 37 yaşdan böyük üç tennisçi üçüncü mərhələyə yüksəlib. Söhbət Rocer Federer (38), Felisiano Lopes (37) və Paolo Lorentsidən (37) gedir.
Sonuncu dəfə "US Open"də belə hal 1968-ci ildə baş vermişdi. O zaman Panço Sequra (47), Panço Qonsales (40) və Torben Ulrix (39) üçüncü mərhələyə kimi irəliləyə bilmişdilər.
Qeyd edək ki, Torben "Metallica" qrupunun barabançısı Lars Ulrixin atasıdı.

Sport7.az