Felipe Melo varsa, dava-dalaş da var - FOTOLAR

Felipe Melo varsa, dava-dalaş da var - FOTOLAR
Braziliya kubokunun yarımfinal mərhələsinin cavab görüşlərində qarşılaşan "Palmeyras" və "Kruzeyro"nun futbolçuları oyunun sonunda dava edib.
 
Sport7.az xəbər verir ki, məşhur braziliyalı futbolçu, qalmaqalları ilə ad çıxaran Felipe Melonun da formasını geydiyi "Palmeyras"ın meydanında 1:1 oynayan "Kruzeyro" iki görüşün nəticəsinə əsasən 90 dəqiqənin sonunda adını finala yazdıran tərəf olub. 
 
Qarşılaşmada "Palmeyras"ın yeganə qolunu Melo vurub. Ancaq "Kruzeyro"nun futbolçusu Leo cavab qolundan sonra sevincini Meloya sataşmaqla qeyd edib. Bundan sonra ara qızışıb, futbolçular bir-biri ilə yumruq davasına çıxıb. Dava zamanı "Kruzeyro"nun futbolçusu Saşa rəqib komandanın üzvü Maykeni yumurqla vurub. Bu hərəkətdən sonra asayiş keşçikçiləri hadisəyə müdaxilə etmək məcburiyyətində qalıb. Matçın baş hakimi də hər iki futbolçunu qırmızı vərəqə ilə cəzalandırıb. 
 
Matçdan sonra açıqlam verən Melo, komanda yoldaşı Maykeyə yumruq atan Saşa ilə bağlı "Etdiyi hərəkət qorxaqlıqdı. Heç nə etmədən dayanan bir adamı yumruqla vurmaq qorxaqlıqdan başqa bir şey deyil" sözlərini söyləyib.
 
"Kruzeyro"nun futbolçusu Tyaqo Neves də rəqib azarkeşləri əsəbləşdirəcək açıqlama verib. O "Sao Pauloda yaşayan insanlar çox danışır. "Kruzeyro" 5 çempionluq qazanmış bir komandadı və buna hörmət etmək lazımdı" sözlərini deyib.
 






 

Sport7.az

Xəbər lenti