Felipe Melo yenə aləmi qarışdırdı - FOTO

Felipe Melo yenə aləmi qarışdırdı - FOTO
Yaşıl meydanlarda oyunundan çox, qalmaqalları, intizamsılığı ilə məşhur olan braziliyalı futbolçu Felipe Melo yenə gündəmə gəlib.
 
Sport7.az xəbər verir ki, "Korintians" - "Palmeyras" matçının son dəqiqələrində yaşanan gərginlikdə Melo yenə özünü idarə edə bilməyib. Belə ki,qazanılan cərimə zərbəsindən sonra ara qarışıb. Olayın yaşandığı yerdən xeyli uzaqda olsa da gəlib müdaxilə edən futbolçu gərginliyi bir qədər də artırıb. 
 
O rəqibinə fiziki təzyiq göstərdiyi üçün qırmızı vərəqə ilə meydandan qovulub. 
 
Oyundan sonra açıqlama verən "sambaçı" bu sözləri söyləyib: "Heç nə etməmişəm. Adım çıxıb və bunun cəzasını çəkdim. Qırmızı vərəqənin səbəbi budu".
 
Bu görüşdə "Palmeyras" rəqibini minimalhesablı məğlubiyyətə uğradıb.
 

 
Sport7.az

Xəbər lenti