"Fənərbağça" 840 min avro "uduzdu" - FİFA-nın qərarı

FİFA Yassin Benziyanın sabiq klubu "Fənərbağça"dan şikayətini təmin edib.

Sport7.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

FİFA-nın qərarına əsasən, İstanbul təmsilçisi 45 gün ərzində futbolçuya maaşı, bonusu və pul cərimələri də nəzərə alınmaqla, 840 min avro ödənilməlidir. "Fənərbağça"nın qərardan apellyasiya verəcəyi bildirilir. 

Qeyd edək ki, hazırda Fransa "Dijon"unun formasını geyinən 26 yaşlı hücumçu 2018/2019 mövsümündə "Fənərbağça"nın şərəfini qoruyub. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR