"Fənərbağça" iki futbolçu ilə anlaşdı

Transfer çalışmalarını davam etdirən "Fənərbağça” iki oyunçunun keçidini həll edib.

Sport7.az xəbər verir ki, Kipr təmsilçisi "Apollon"un müdafiəçisi Attila Şalay və "Kuinz Park Reyncers”in üzvü Brayt Osayi-Samuel Türkiyə klubu ilə anlaşıb. İstanbul təmsilçisi 22 yaşlı Atilla ilə razılıq əldə olunduğunu rəsmən açıqlayıb. Futbolçu tibbi müayinədən keçmək və müqavilə bağlamaq üçün yaxın günlərdə İstanbula yollanacaq.

"Kuinz Park Reyncers”lə müqavilə müddəti yaya qədər olan Braytla anlaşma isə mövsümün sonu üçündür. 24 yaşlı yarımmüdafiəçi yayda "sarı-lacivərdlilər”lə azad agent kimi sözləşmə bağlayacaq.

"Fənərbağça” "Arsenal”ın yarımmüdafiəçisi Məsut Özillə ilkin razılıq əldə etsə də, maliyyə məsələləri ilə bağlı danışıqlar davam edir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR