"Fənərbağça" rəsmisi açıqladı: Hər ikisi komandada qalacaq


"Fənərbağça"nın basketbol komandasının baş məşqçisi Jelko Obradoviçin mövsüm sonunda klubdan ayrılacağına dair çıxan xəbərlər doğru deyil.

İstanbul nəhənginin vitse-prezidenti Semih Özsoy mətbuata açıqlamasında serb məşqçi ilə yollarına davam edəcəklərini bildirib. O, həmçinin komandanın əsas simalarından olan Yan Veseli ilə yeni müqavilə imzalanacağını əlavə edib:

"Obradoviç mövsümün sonunda komandadan ayrılmayacaq. Bizim hələ 1 illik anlaşmamız var. Artıq indidən növbəti mövsümün hədəflərini müəyyənləşdirməyə çalışırıq. 

Veseliyə gəlincə, onunla 3 illik yeni müqavilə imzalayacağıq".

Xatırladaq ki, Jelko Obradoviç 2013-cü ildən, Yan Veseli isə 2014-cü ildən "Fənərbağça"dadı.

Sport7.az

Xəbər lenti