"Fənərbağça" yeni transferini açıqladı

"Fənərbağça" yeni transferini açıqlayıb. 

Sport7.az xəbər verir ki, İstanbul təmsilçisi "Aston Villa"dan Mbvana Samattanı heyətinə qatıb. "Sarı-göylər" 27 yaşlı tanzaniyalı hücumçu ilə 4 illik müqavilə imzalayıb. Bu keçid qarşılığında ingilis klubuna 6 milyon avro ödəniləcək. 

Samatta 2021-ci ilin yayınadək icarə əsasında "Fənərbağça"da oynayacaq, daha sonra kluba transferi rəsmiləşəcək. 

Futbolçu "Aston Villa"ya bu ilin əvvəlində keçmişdi. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR