"Fənərbağça"lıların kronavirus testinin nəticələri açıqlandı

"Fənərbağça"nın üzvlərindən götürülən koronavirust testinin nəticələri açıqlanıb.
 
Sport7.az xəbər verir ki, bu haqda klub rəsmi məlumat yayıb. Belə ki, futbolçulardan, texniki heyətdən və klubun digər nümayəndələrindən götürülən bütün testlər neqativ nəticə göstərib. Klub kiçik qruplar şəklində hazırlıqlara davam edəcəklərini açıqlayıb.  
 
Buna qədər "Fənərbağça"nın idarə heyətinin üzvü Burak Kızılhanın koronavirus testi positiv nəticə göstərmişdi. Kızılhan sağlamlığı ilə əlaqədar açıqlamasında yaxşı olduğunu söyləmişdi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR