"Fənərbağça"nın futbolçusu "Napoli"də - Rəsmi

"Fənərbağça"nın yarımmüdafiəçisi Elif Elmas karyerasını İtaliyada davam etdirəcək.

"Napoli" Elması transfer edib. Bu barədə "Fənərbağça"nın saytı məlumat yayıb.

19 yaşlı futbolçunun keçidinin "Napoli"yə 16 milyon avroya başa gəldiyi bildirilir. Əlavə bonuslar da nəzərdə tutulub.

Ötən mövsüm Türkiyə Superliqasında 29 matçda meydana çıxan E. Elmas 4 dəfə rəqib qapılarına yol tapmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR