"Fənərbağça"nın hədəfində daha iki futbolçu

"Fənərbağça”nın transfer siyahısında daha iki futbolçunun adı yer alıb.

Sport7.az xəbər verir ki, qış transfer pəncərəsindəki fəallığı ilə seçilən İstanbul təmsilçisi sol cinah yarımmüdafiəçisi mövqeyini gücləndirmək niyyətindədir. Digər Türkiyə klubu "Qalatasaray”a da təklif olunan 29 yaşlı Kvinsi Promes indi də "sarı-lacivərdlilər”in gündəmindədir. Niderland "Ayaks”ında çıxış edən vingerin keçidi ilə bağlı danışıqlara aparmağa hazırlaşır.

"Fənərbağça"” eyni mövqedə oynayan Ussama İdrissinin də keçidində maraqlıdır. "Sevilya"nın 24 yaşlı mərakeşli oyunçusunu icarəyə götürmək fikrindədir.

İstanbul təmsilçisinin sol cinah yarımmüdafiəçisi axtarmasına səbəb Diego Perottinin zədəli olmasıdır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR