"Fənərbaxça" bu hücumçunu alır

"Fənərbaxça" klubunun yeni hədəfinin kim olduğu bəlli olub. 

Sport7.az xəbər verir ki, İstanbul təmsilçisi "Arsenal"ın ispan futbolçusu Lukas Perezə göz dikib.

Karyerası boyunca Ukraynanın "Karpatı Lvov", "Dinamo Kiyev", Yunanıstanın PAOK, İspaniyanın "Deportivo" klublarının formasını geymiş 28 yaşlı hücumçu 20 milyon avro müqabilində İspaniyadan İlgiltərəyə gəlmişdi. 

"Arsenal"da işləri yaxşı getməyən futbolçu  daha bir neçə klubun maraq dairəsindədir.

Qeyd edək ki, uğursuz mövsüm keçirən və heyəti yeniləmək qərarına gələn "Fənərbaxça" rəhbərliyi komandaya 2 hücumçu qatmaq niyyətindədir.
 
Sport7.az

Xəbər lenti