"Fənərbaxça" üçün düyməli forma - FOTOLAR

"Fənərbaxça" yeni mövsüm üçün formalarını təqdim edib.
 
Sport7.az xəbər verir ki, "sarı-lacəvirdlilər" 2017/18 mövsümündə futbolçuların geyəcəyi formaları tanıtdırıb. Ev oyunlarında "çubuqlu" forma geyəcək komanda səfər görüşlərində meydana düz sarı rəngli geyimlə çıxacaq. Klubun azarkeşlərə tanıtdığı bu ikinci forma çox bəyənilib.
 
Maraqlıdı ki, sarı rəngli formanın dizaynı sürpriz olub. Belə ki, digərlərindən fərqli qol hissəsinin çıxıntıları və boyun hissəsi ağ olan forma həm də düyməlidi.
 


 
Sport7.az

Xəbər lenti