“Fənərbaxça” yenə uduzdu - VİDEO

“Fənərbaxça” yenə uduzdu - VİDEO
İstanbulun "Fənərbaxça” klubu növbəti dəfə məğlub olub.
 
Sport7.az xəbər verir ki, "sarı-lacivətlilər” bu dəfə Kayseri səfərindən məğlubiyyətlə ayrılıblar.

Görüş Türkiyə Super Liqasının 21-ci turunun açılış matçına təsadüf edib. Ötən tur "Göztəpə”ni məğlub edərək azarkeşlərini ümidlərindən "Fənər” uğurun davamını gətirə bilməyib.

Soldadonun meydandan qovulduğu görüşün 87-ci dəqiqəsində Artyom Kravates topu "Fənərbaxça”nın qapısından keçirib.

0:1 hesablı yenilgidən sonra "Fənərbaxça” 23 xalla 13-cü pillədədi. Turun digər nəticələrindən asılı olaraq, "sarı-bülbüllər” 2-3 pillə geriləyə bilər.
 


Sport7.az
 

Xəbər lenti