"Fənərbaxça" yeni futbolçusu ilə müqaviləni rəsmən açıqladı

"Fənərbaxça" daha öncə anlaşdığı "Valensiya"nın futbolçusu Roberto Soldado ilə münasibətləri rəsmiləşdirib. 
 
Sport7.az xəbər verir ki, klub futbolçu ilə 2+1 il müddətinə müqavilə imzaladığını rəsmən açıqlayıb. 
 
Soldado 2015-ci ildə müqavilə bağladığı "Valensiya"da son iki mövsümdə 56 rəsmi oyunda 13 qola imza atıb.
 
Sport7.az

Xəbər lenti