"Fənərbaxça"da ŞOK qərar

Türkiyə Kuboku ilə vidalaşan "Fənərbaxça" rəhbərliyi radikal qərarlar verib. 

Sport7.az xəbər verir ki, klubun çıxışından razı qalmayan rəhbərlik futbolçulardan verəcəkləri pula etiraz edəni komandadan yollamaq qərarına gəlib. 

Klub rəhbərliyi bu mövsümki uğursuzluğun əsas günahkarı olan futbolçu heyətini yeniləmək qərarı verib. Əsasən yarımmüdafiə və hücum xəttində çatışmamazlıq olduğu söylənilir. Klubun fransız yarımmüdafiəçisi Mathieu Valbuena və həmyerlisi olan hücumçu Bafetimbi Qomisin adı "qara siyahı"ya düşüb. 

"Fənərbaxça" rəhbərliyi yeni mövsüm üçün güclü heyət yaratmaq planlarını may ayının sonuna qədər yekunlaşdırmağı nəzərdə tutub. Hazırda ölkəsində olan baş məşqçi Dik Advokatın da cümə günü İstanbula gələcəyi açıqlanıb. 
 
Sport7.az


Xəbər lenti