“Fənərbaxça”dan rəsmi koronavirus açıqlaması: “Simptomlar üzə çıxdı...”

“Fənərbaxça”dan rəsmi koronavirus açıqlaması: “Simptomlar üzə çıxdı...”

"Fənərbaxça” Beko Basketbol Komandasının bəzi oyunçuları və idarə heyətinin üzvlərində Covid-19-un simptomları üzə çıxıb.

Sport7.az xəbər verir ki, bu sözlər "Fənərbaxça”nın rəsmi açıqlamasında yer alıb.

Açıqlamada deyilir: "Basketbol komandamızda aparılan müntəzəm yoxlamalardan sonra bəzi oyunçular və idarə heyətimizin üzvlərindən bəzilərində koronavirusun simptomları müşahidə edilib.

Simptomların aşkarlanması ilə sağlamlıq komitəmiz dərhal müdaxilə etdi və komandamız detallı müayinə üçün xəstəxanaya göndərildi. Xəstəxana müayinələrindən sonra ətraflı məlumat ictimaiyyətə açıqlanacaq”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR