"Fənərbaxça"nın futbolçusunda ürək problemi var?

Volkan Demirel Nabil Dirar və Atıfın heyətdən kənarda qalmasının ardından "Fənərbaxça" daha bir xəbərə üzülüb.
 
Sport7.az xəbər verir ki, "Qremio"dan 4 milyon avroya transfer olunan Cailsonun da ürəyində problem olması ilə bağlı iddialar irəli sürülüb. 
 
Transfer zamanı tibbi müayinədən keçəndə heç bir problemi olmadığı bildirilən braziliyalı ulduzun tez yorulması diqqət çəkib. Ürək ritmində pozuntu olduğu iddia edilən futbolçunun yenidən tibbi yoxlanışdan keçirilməsi məsləhət görülüb.
 
Buna oxşar durum "Fənərbaxça"nın sabiq futbolçusu Vaşinqtonda da müşahidə olunmuşdu. Ürəyində damar tutulması aşkarlanan veteran futbolçu 2003-cü ildə "Fənərbaxça"dan göndərilib. 1 il sonra yenidən futbola qayıdan Vaşinqton karyerasını 2011-ci ildə bitirmişdi.
 
Sport7.az

Xəbər lenti