"Fənərbaxça"nın sabiq futbolçusu yenidən Türkiyədə

"Bursaspor" yeni transferini açıqlayıb.
 
Sport7.az xəbər verir ki, klub prisipial anlaşma əldə etdiyi Musa Sou ilə müqaviləni rəsmiləşdirib. Bursaya gələn futbolçu tibbi müayinənin ardından müqaviləyə imzasını atıb. Futbolçu BƏƏ təmsilçisi "Əl-Əhli"dən icarəyə götürülüb. 
 
Sonuncu dəfə ərəb klubunun formasını geyən Sou 2011-2015, 2016-2017-ci illərdə "Fənərbaxça"nın formasını geyib.
 
Sport7.az

Xəbər lenti