İlqar Qurbanov

İlqar Qurbanov "Sumqayıt"da

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" heyətini daha bir futbolçu ilə anlaşıb.
 
Sport7.az xəbər verir ki, son mövsümü "Qəbələ"də keçirmiş İlqar Qurbanov klubla 1 illik müqavilə imzalayıb. Qurbanov "Sumqayıt"da "50" nömrəli formada çıxış edəcək.

"Fənərbaxça"nın yetirməsi olan İlqar Qurbanov peşəkar karyerası ərzində "Qəbələ" ilə yanaşı (29 oyun) "Xəzər Lənkəran" (56 oyun, 6 qol), "Sivasspor" (11 oyun, 1 qol), "Boluspor" (19 oyun, 3 qol), "Olimpik Şüvəlan" (23 oyun, 2 qol), "Mersin İdman Yurdu" (7 oyun) və "Qarabağ"ın (109 oyun, 4 qol) uğurları üçün çalışıb.
 
2006-cı ildən Azərbaycan millisinin şərəfini qoruyan İlqar yığmanın heyətində 16 qarşılaşmada meydanda olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR