Fərid Mansurov vəzifəsindən ayrıldı

Fərid Mansurov vəzifəsindən ayrıldı
Yunan-Roma güləşi üzrə olimpiya və iki qat dünya çempionu Fərid Mansurov istefa verib. 

Sport7.az xəbər verir ki, keçmiş güləşçi Azərbaycan Güləş Federasiyasının gənclər üzrə vitse-prezidenti postunu tərk edib. Bu barədə "unikal.org" məlumat yayıb.

Uzun müddətdir istefa verən çempion nədənsə, qərarıyla bağlı danışmaq istəməyib.

Qeyd edək ki, F. Mansurovun istefasına səbəb Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri vəzifəsində çalışması göstərilir. 

Sport7.az

Xəbər lenti