Fərid Nəbiyev komandasını qələbəyə daşıdı

Fərid Nəbiyev komandasını qələbəyə daşıdı

Millimizin futbolçusu Fərid Nəbiyev formasını geydiyi "Slaviya"nın B komandasında növbəti matçına çıxıb.
 
Sport7.az xəbər verir ki, onun komandası Çexiya çempionatının 7-ci turu çərçivəsində "Karlovi" ilə qarşılaşıb. Görüş "Salviya"nın 2:1 hesablı qələbəsi ilə nəticələnib.
 
Komandanın hər iki qolunu məhz Fərid rəqib qapısından keçirib. 
 
"Slaviya"nın B komandası hazırda 9 xalla 5-ci pillədə qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR