Fərid Nəbiyev rəsmən Çexiya klubunda

Fərid Nəbiyev rəsmən Çexiya klubunda

Azərbaycanın U-21 yığmasının futbolçusu Fərid Nəbiyevin Çexiyanın 2-ci liqa təmsilçisi "Viktoriya Jijkov"a keçidi rəsmiləşib.

Sport7.az xəbər verir ki, klub 20 yaşlı yarımmüdafiəçinin transferini açıqlayıb. Fərid Jijkov təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb.
 
Çexlər Nəbiyev haqda bunları yazıb: "Sol ayağı ilə sərt zərbələri var, sağ ayağı da yaxşı işləyir. Liqada bir matçda 24 dəqiqəyə het-trik edib. Vizit vərəqi özündə daha çox şeyləri cəmləşdirir. Və bu suala dəqiq cavab verir ki, niyə baş məşqçi Zdenek Qaşek qış fasiləsində gənc hücumçunu barmağıyla göstərib, heyəti gücləndirməklə bağlı geniş siyahısına daxil edib. Fəridin 20 yaşı var, Çexiyaya 3 il əvvəl "Qəbələ"dən gəlib. Tez adaptasiya olundu, ötən mövsüm gənclər liqasında 26 qola imza atıb. Bütün yığmaları keçib və 19 yaşında Azərbaycanın U-21 yığmasında çıxış etməyə başlayıb. 2018-ci ildə "Slaviya"nın əsas komandasında da yer alaraq Teplitse "Liberets"iylə görüşdə iştirak edib. Xoş gəlmisən "Viktoriya"ya, Fərid. Uğurlar!".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR