Fəridə Əzizova çempion olub, Rioya lisenziya qazandı

Fəridə Əzizova çempion olub, Rioya lisenziya qazandı

Türkiyənin paytaxtı İstanbul şəhərində keçirilən Rio-2016 Olimpiya Oyunlarına Birbaşa Lisenziya xarakterli Turnirin ilk günü Azərbaycan taekvondosu üçün uğurlu alınıb. Sport7.az xəbər verir ki, ölkəmizi -67 kq çəki dərəcəsində təmsil edən Fəridə Əzizova müvafiq olaraq, makedoniyalı Petra Matiyaseviç (4:1), ukraynalı Tatyana Teterevyanikova (3:0) və sloveniyalı Franka Aniç (1:0) üzərində inamlı qələbələr qazanaraq, Rio de Janeyroda keçiriləcək sayca 31-ci olan Yay Olimpiya Oyunlarına iştirak hüququnu əldə edir.Final görüşündə də almaniyalı Rabia Güleçə 1:0 hesabı ilə qalib gələn həmyerlimiz, İstanbulda dövlət himnimizi səsləndirdi.

Ümumilikdə isə bu, 2015-ci ilin dekabr ayında Radik İsaevin 80+ kq çəki dərəcəsində qazandığı lisenziyadan sonra Olimpiya Oyunlarına taekvondo yığmamızın qazandığı ikinci lisenziyadır.

Qeyd edək ki, bu gün daha iki təmsilçimiz, Patimat Abakarova (-49 kq) və Milad Beigi Hərçəqani (-80 kq) lisenziyalar uğrunda öz qüvvələrini sınayacaqlar.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR