Fəridə həmcinsi ilə nişanlanıb? - Açıqlama

Fəridə həmcinsi ilə nişanlanıb? - Açıqlama
Dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın həmcinsi ilə fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Sport7.az xəbər verir ki, Fəridənin  Aysel adlı xanımla səmimi fotoları birmənalı qarşılanmayıb.  Hətta onun paylaşıma yazdığı "Həyatın hər bir dəqiqəsini sevin” şərhi izləyicilər arasında suallar doğurub. Onlar Fəridənin həmcinsi ilə nişanlandığını iddia ediblər. 

Məsələni dəqiqləşdirmək üçün "Qafqazinfo” F. Əzizova ilə əlaqə saxlayıb.  O, belə bir şeyin olmadığını, rəfiqəsinin ad gününü təbrik etdiyini bildirib. 

Bu arada qeyd edək ki, xanım taeкvondoçu daha sonra şəklə yazdığı şərhə dəyişiklik edərək "Ad günün mübarək” sözlərini əlavə edib. O, həmçinin nişanla bağlı rəylərin hamısını silib. (Qafqazinfo.az)
 



 
Sport7.az

Xəbər lenti