Fernando Torres karyerasını bitirdi

Fernando Torres karyerasını bitirdi

Fernando Torres karyerasını bitirdiyini açıqlayıb.

"18 həyəcanlı ildən sonra futbol karyeramın sonuna çatdım", - deyə Torres qeyd edib.

35 yaşlı futbolçu bazar günü Tokioda mətbuat konfransı keçirəcəyini və qərarı ilə bağlı bütün detalları açıqlayacağını bildirib.

Torres karyerası ərzində "Atletiko", "Liverpul", "Çelsi" və "Milan" kimi klublarda çıxış edib. O, klublar səviyyəsində 2 dəfə Avropa Liqasının, 1 dəfə Çempionlar Liqasının qalibi olub.

İspaniya millisinin formasını 110 oyunda tərlədən Torres yığma ilə birlikdə 2 dəfə Avropa çempionatında, 1 dəfə isə dünya çempionatında çempionluq yaşayıb.

Qeyd edək ki, ispan forvard karyerasını Yaponiyanın "Saqan Tosu" klubunda davam etdirirdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR