Ferqyusondan Nurməhəmmədovun ünvanına ağır sözlər

Ferqyusondan Nurməhəmmədovun ünvanına ağır sözlər

UFC 249 çərçivəsində 18 apreldə keçirilməli olan Həbib Nurməhəmmədov - Toni Ferqyuson döyüşü təxirə salınıb. Rus idmançı koronavirus pandemiyası səbəbindən həyatını riskə atmaq istəmədiyini bildirərək döyüşdən imtina edib.

Sport7.az xəbər verir ki, Toni Ferqyuson tvitter hesabında paylaşdığı video vasitəsilə son baş verənlərə münasibət bildirib. Amerikalı döyüşçü Həbibi qorxaq və sürtük adlandırıb:

"Bu adam mənimlə döyüşmək istəmir. Həbib məndən qorxur və qaçır. Buna görə də onu titulundan məhrum etmək lazımdı.

Biz Həbibi qorxutduq. Əbu-Dabidən ABŞ-a qayıda bilərdi. Təyyarəyə minib geri qayıtmaq üçün hər cür imkanı var idi. Artıq ikinci dəfədi ki, biz onu qorxuduruq.

Mən əsl döyüşçüyəm. Həbib və Konor isə ayaqlarının arasındakı quyruqlarla ora-bura qaçırlar. Onların itlərdən heç bir fərqi yoxdu. Onlar qorxaqdılar. Həbib sürtükdü. Döşəməni onun papağı ilə silməyə hazır olduğumu özünə də demişdim, görünür, qorxdu".

Qeyd edək ki, Həbib - Ferqyuson döyüşü 5-ci dəfədi ki, ləğv edilir. Dueli təşkil etmək üçün ilk cəhd 2015-ci ildə olmuşdu.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR